2 baş məşqçi, 25 futbolçu
Paylaş:
Azərbaycan U-21 millisi 2017-ci ildə son oyununu keçirib. Yığma AÇ – 2019-un seçmə mərhələsində Kosovo ilə qarşılaşıb. V qrupun 5-ci turu çərçivəsində keçirilən görüşdə qapılara qol vurulmayıb.
Ümumilikdə, U-21 il ərzində 5 rəsmi oyun keçirib. Bunlardan yalnız birində heç-heçə etməyi bacaran komanda iki görüşdə darmadağınla üzləşib. Top fərqi 3:19-du.
İl ərzində yığmaya iki mütəxəssis rəhbərlik edib. Yaşar Vahabzadə komandanı 2, Samir Ələkbərov isə 3 rəsmi matça çıxarıb.
İki baş məşqçi ümumilikdə 25 futbolçunun xidmətindən istifadə edir. Söhbət il ərzində rəsmi oyunlarda azı 1 dəqiqə meydanda olanlardan gedir. Ən çox oynayanlar Mustafa Kemal Özhitay, Sertan Taşkın, Bəhlul Mustafazadə və Serkan Baloğludu. Onlar bütün görüşləri əvəzlənmədən keçiriblər. Qismət Alıyev və Əlibəy Məmmədli də bu matçların hamısının iştirakçısı olub, ancaq bu futbolçular daha az oynamaq imkanı qazanıblar. Ən az meydanda olan isə Eltun Turabovdu. “Qarabağ”dan yığmaya cəlb edilən futbolçu cəmi 45 dəqiqə meydanda olub.
Samir Ələkbərovun milliyə gəlişi ilə heyətdə bir sıra dəyişikliklər baş verib. Yaşar Vahabzadədən fərqli olaraq o, Ozan Can Kökçü, Onur Albayrak, Əmirhüseyn Nəcəfi kimi legionerləri yığmadan kənarlaşdırıb. Bundan sonra Kökçü, ümumiyyətlə, Azərbaycan millisində oynamaqdan imtina edib. Ələkbərov Renat Dadaşov, Fərid Nəbiyev, Anton Krivotsyuk kimi oyunçuları yığmaya cəlb etməsiylə də diqqət çəkib.
Yığma 2017-ci ildə intizamsızlığı ilə yadda qalıb. 5 oyunda 14 “sarı” ilə üzləşən komanda 4 dəfə də “qırmızı” ilə cəzalandırılıb. Ən intizamsız futbolçular hərəyə 3 sarı, 1 qırmızı vərəqə ilə cəzalandırılan Elnur Cəfərov və Anton Krivotsyukdu.
U-21 5 oyunda cəmi 3 qola sevinib. Bunlara Mahir Mədətov, Elnur Cəfərov və İlyas Səfərzadə imza atıblar. Mədətov İrlandiyanın, Cəfərov İsrailin, Səfərzadə isə Almaniyanın qapısına yol tapıb.
Milli üzvləri bir dəfə də avtoqolla diqqət mərkəzinə düşüb. Anton Krivotsyuk Almaniya ilə səfər oyununda (1:6) rəqibin qələbəsinə “töhfə verib”.
Futbolçu
Oyun
Dəqiqə
Sarı
Qırmızı
Qol
Mustafa Kemal Özhitay
5
450
-
-
-19
Sertan Taşkın
5
450
-
-
-
Bəhlul Mustafazadə (K)
5
450
1
-
-
Serkan Baloğlu
5
450
-
-
Qismət Alıyev
5
430
1
-
-
Ozan Can Kökçü
2
113
-
-
-
Elgün Uluxanov
1
61
-
-
-
Yusif Nəbiyev
3
153
-
-
-
Əlibəy Məmmədli
5
212
1
-
-
Onur Albayrak
2
135
-
-
-
Elnur Cəfərov
4
217
3
1
1
Eltun Turabov
1
45
-
-
-
Alen Askerov
2
97
2
1
-
Fəhmin Muradbəyli
2
55
-
-
-
Vüqar Həsənov
1
67
-
-
-
Mahir Mədətov
1
80
-
-
1
İlyas Səfərzadə
3
183
-
-
1
Ehtiram Şahverdiyev
4
236
-
-
-
Pərviz Qaraxanov
1
34
-
-
-
Budaq Nəsirov
3
225
-
-
-
Anton Krivotsyuk
3
267
3
1
-1
İlkin Sadıqov
2
71
2
1
-
Xəyal Nəcəfov
2
173
1
-
-
Renat Dadaşov
1
90
-
-
-
İlkin Muradov
2
118
-
-
-
| Paylaş: