')

Bu gün:


FutbolPress.Az | Qriqorçuk baxışda olanları bəyənmədi

Qriqorçuk baxışda olanları bəyənmədi


oxunma sayı: 267 Paylaş:

FutbolPress"Qəbələ" baxışda olan futbolçular haqda qərar verib. Kolumbiyalı futbolçu Kevin Penan və qvineyalı Abdul karim Konte bəyənilməyib.

Bu barədə "FutbolPress"ə açıqlamasında klubun baş meneceri Zaur Əzizov məlumat verdi. O bildirdi ki, baş məşqçi Roman Qriqorçuk legionerlərin səviyyəsindən razı qalmayıb.

İki yoxlama matçında və məşq prosesində bu futbolçuları yoxlayan ukraynalı mütəxəssis onlara ehtiyac duymayıb. Hər iki oyunçu komandadan göndəriləcək.

Xatırladaq ki, Kevin Penan dünən "Səbail"lə yoxlama oyununda (1:1) "qırmızı-qaralar"ın yeganə qolunu vurub.


oxunma sayı: 267 | Paylaş:





?>