')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"nin cüdoçusundan bürünc medal

"Qəbələ"nin cüdoçusundan bürünc medal


oxunma sayı: 194 Paylaş:

FutbolPressMontoneqronun paytaxtı Podqoritsa şəhərində cüdo üzrə U-23 Avropa birinciliyinə start verilib. Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun təmsilçisi Kəramət Hüseynov yarışın ilk günündə tatamı üzərinə çıxıb.

60 kq çəki dərəcəsində çıxış edən idmançımız keçirdiyi 4 görüşdən üçündə qalib gələrək yarışı bürünc medalla başa vurub. İlk iki görüşündə Gürcüstan təmsilçisi İrakli Kupatadze və ukraynalı Artyom Lesyuka qalib gələn cüdoçu yarımfinala yüksəlib. Finalın bir addımlığında rusiyalı Qamzat Zairbekovla qarşılaşan Hüseynov tatamidən məğlub ayrılıb.

Bürünc medal uğrunda qarşılaşmada hollandiyalı Tibo Vollemana qalib gələn idmançımız Avropa çempionatını fəxri kürsünün 3-cü pilləsində başa vurub.


oxunma sayı: 194 | Paylaş:




?>