')

Bu gün:


FutbolPress.Az | DÇ-2018: Pley-off-da ilk oyunlar başa çatdı

DÇ-2018: Pley-off-da ilk oyunlar başa çatdı


oxunma sayı: 272 Paylaş:

FutbolPressDÇ-2018-in seçmə mərhələsinin pley-off oyunları davam edir. Bu gün ilk oyunlar çərçivəsində sonuncu görüş baş tutub.

Danimarka yığması İrlandiya ilə üz-üzə gəlib.

Skandinaviyalılar ilk dəfə mundialın pley-offunda oynayıb. Ancaq irlandalar bu baxımdan xeyli təcrübəlidilər. Bu, İrlandiyanın 3-cü DÇ pley-offudu. Komanda əvvəlki cəhdlərin yalnız birində vəsiqəni əldə edə bilib.

Danimarka və İrlandiya arasındakı görüş 0:0 hesabı ilə başa çatıb. Cütün taleyinə cavab matçında aydınlıq gələcək.

DÇ-2018, pley-off
Avropa zonası, ilk oyunlar

23:45. Danimarka – İrlandiya 0:0


oxunma sayı: 272 | Paylaş:




?>