Ndlovu məğlubiyyəti kənardan izlədi
Paylaş:
DÇ-2018-in seçmə mərhələsi çərçivəsinin Afrika zonası üzrə 5-ci turun oyunları keçirilib.
“Qarabağ”ın hücumçusu Dino Ndlovunun formasını geyindiyi Cənubi Afrika Respublikası millisi doğma meydanda Seneqalla qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
Ndlovu bu görüşün iştirakçısı olmayıb. O, oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.
CAR millisi Seneqal, Burkino Faso və Kape Verdenin yer aldığı D qrupunda 4 xalla sonuncu pillədə qərarlaşıb.
| Paylaş: