Xavi karyerasını nə vaxt bitirəcək?
Paylaş:
“Barselona”nın sabiq ulduzu Xavi karyerasına son qoyacağı tarixi açıqlayıb. Hazırda Qətərin “Əl-Səəd” klubunda çıxış edən yarımmüdafiəçi mövsüm sonunda futboldan gedəcək.
Bu barədə ispaniyalı oyunçu özü məlumat verib. O, gələcəkdə məşqçi olmağı düşündüyünü və bunun üçün də kurslara qatılacağını açıqlayıb.
Xavi uzun illər formasını geyindiyi “Barselona” ilə 8 La Liqa, 4 Çempionlar Liqası, 3 dəfə İspaniya kubokunu qazanıb, İspaniya millisi ilə isə 1 dəfə dünya, 2 dəfə Avropa çempionu olub.
| Paylaş: