Elnur Məmmədova ultimatum - "Özünü böyük bir şey saymasın"
Paylaş:
Bu gün saytımızda dərc olunan "Kiçik bəy"in dosyeləri, "ağ-qara" tale və..." başlıqlı məqalədən sonra "Neftçi"nin artıq "keçmiş" - deyə biləcəyimiz Müşahidə Şurasının üzvü redaksiyamızla əlaqə saxlayaraq münasibət bildirib. Adının açıqlanmasını istəməyən şəxsin dediklərini olduğu kimi təqdim edirik:
"Mən Müşahidə Şurasında olduğum müddətdə "Neftçi"də, ümumiyyətlə, futbol təsərrüfatında elə hadisələrə şahidlik elədim ki, dilə gətirib, deyiləsi deyil. Gözləyirdim ki, nəsə baş versin və mən aradan çıxım (gülür).
Düzdü, aradan çıxmış sayılaram. Ancaq əmin olun ki, heç cür tam uzaqlaşa bilmirsən bu biabırçılıqlardan. Hardasa, necəsə qarşılaşırsan.
Arada görürəm ki, müzakirə gedir. Başlayıram maraqlanmağa. Düşünürəm ki, mövzu hardan çıxıb, nədən bu həddə gəlib çatıb. Qurdalamalı olursan. Mənasız maraq aparıb yenə harasa çıxarır səni.
Məsələn, biz müşahidə eləməliydik ki, "Neftçi"də maliyyə hardan hara və necə gedir. İnanın ki, bunu nə müşahidə, heç soruşa bilirdik. Elə adamı borclu çıxaralardan biri də məqalənizdə adını çəkdiyiniz Elnur Məmmədli idi. Məsələn, mən mətbuatda elə bir sənədin dərc olunduğunu görmüşəm ki, düşünmüşəm, bunu Elnurdan başqa heç kəs aşkara çıxarmaz. Çünki, ondan başqa bir, uzağı iki şəxs bilir. O iki şəxs indi tam ayrı sahədədir, heç marağında da deyil hansısa sənəd hardasa çap olunsun. Bilsəm ki, ortaya çıxardığı sənədlər nəyisə dəyişəcək, kubun xeyrinə olacaq, vallah, özüm dəstəkləyərəm onu. Bu adamın niyyəti başqadır. Şataj yolunu seçib, siz də tam doğru yazmısınız. İstəyir ki, ona yenidən nəsə vəzifə verilsin futbolda. Bax, buna, tutduğu yola görə adam üstündən ötüb, keçə bilmir.
Məsələn, keçən il Müşahidə Şurasının iclasında, konkret deyim, qışdakı toplantısında Elnur iclasda geniş çıxış eləyib bir layihə təklif elədi. Mən neytral qaldım. Dedim, bilmirəm, qoy bunu futbol idarəçiliyindən başı çıxan adamlar təsdiqləsin. Sonra söz hamıya verildi. Heç kəs onun təklif elədiyi layihəyə səs vermədi. Və bugünlərdə görürəm ki, bu layihə başqa bir adamın adına çıxarılıb və elə təqdim edilib ki, uğursuz layihəni Elnur yox, guya həmin adam yazıb. Şərləmə, böhtan atma, qərəz. Adam şoka düşür. Mən şəxsən vicdanıma sığışdırmadım. Dedim, bu haqda danışmalıyam, qoy insanlar bilsin.
İnandığımız bütün müqəddəslərə and olsun ki, heç bir marağım və ya qərəzim yoxdur. Sadəcə, qarşılaşanda heyrətləndim. Dedim, əşşi, özləri bilər. Ancaq bu gün sizin saytda geniş məqalə görəndə istədim fikirlərimi, bildiklərimi sizinlə bölüşüm. Bəli, bu adam özü təklif elədiyi layihəni mətbuata ötürür ki, filankəs bunu gerçəkləşdirmək istəyirdi, alınmadı. Belə şey olar?! Axı bunu özün eləmişdin, Elnur.
O layihənin sənədli forması yalnız Elnurun özündə olub. Şurada olan heç bir iştirakçıya verməmişdi. Sadəcə, lövhədə geniş müzakirə elədi, vəssalam, elə özündə də qaldı. Mən bilmədim əsas istəyi nə idi, ancaq bilirəm ki, futbola aid, digər sahələrə adi üzvlər də "yox" dedilər. Həmin bu sənəd indi niyə hansısa başqa adamın adına çıxarılmalıdır? Bunun başqa variantı yoxdur. Elnurdan başqa heç kim eləyə bilməzdi bunu, yenə deyirəm, çünki materiallar sənəd fomasında yalnız və yalnız onda olub.
Bilmək olmur bu sənədləri müxtəlif vaxtlarda aşkara çıxarmaqla nə məqsəd güdür. Öznü böyük bir şey saymasın. Məncə, düzgün insan elə şey eləməz. Əgər nəsə bir məqsədi varsa, çıxsın, mübarizəsini aparsın.
Bilirsiz, bütün problemlərin kökü nədədir? Bu klub ciddi-ciddi araşdırılmalıdır. Hər şey aşkarlanmalıdır. Yoxsa Elnur kimi adamlar əllərində hansısa sənədlər toplasın, işdən qovulandan sonra o sənədləri şantaj kimi istifadə eləsin. Olmasın Elnur, lap başqa kimsə. Bunlar nə deməkdir?! Mən hökumətimizə inanıram. MŞ üzvü kimi çox şey gördüm. Amma hər şeyi bildirmək olmur. Bir hissəsini sizinlə bölüşdüm ki, öz xeyrini güdənlər hiyləgər əməllərini davam etdirməsinlər.
Şəxsən mən olanlara baxıb, sakit dayana bilmirəm. Ölkənin bir nömrəli klubu kimlərçünsə oyuncağa çevrilib. Öz məqsədləri üçün min hoqqadan çıxırlar. Bunların qarşısını kəsmək, doğru iş tutmayanları ifşa edib, cəzasını vermək lazımdır".
*** *** ***
Anonoim mənbənin dedikləri klubdaxili, ümumiyyətlə, ölkə futbol təsərrüfatında radikal mövqe toqquşmalarının olduğunu bir daha təsdiqləyir. Bizə müşahidə etmək, araşdırmaq və ictimailəşdirmək və bütün tərəflərin mövqeyini dərc etmək qalır.
"FutbolPress"
| Paylaş: