"Yuve" "Qalatasaray"ın istədiyi futbolçu ilə müqavilə yeniləyir
Paylaş:
"Qalatasaray"ın "Yuventus"un futbolçusu Kvadvo Asamoahı heyətinə qatmaq istəyi qışda da baş tutmaya bilər.
İtaliya mətbuatında yer alan xəbərlərə görə, Turin klubu qanalı futbolçunu satmaq istəmir. Bildirilir ki, italyanlar gələn yay müqaviləsi başa çatacaq futbolçu ilə yeni sözləşmə imzalamaq niyyətindədi.
Asamoah özü də "Yuve"də qalmaq istəyir. Son zamanlar əsas heyətdə tez-tez görünən futbolçu komandanı tərk etmək fikrində deyil.
| Paylaş: