')

Bu gün:


FutbolPress.Az | Auditin nəticələri niyə rəsmən açıqlanmır? (QEYD)

Auditin nəticələri niyə rəsmən açıqlanmır? (QEYD)


oxunma sayı: 1041 Paylaş:

FutbolPressAFFA-dan "Kəpəz"ə audit qrupunun təyini və araşdırmaların bitdiyi deyilir. Ancaq nəticələr açıqlanmır. Bilinən yalnız odur ki, klubun AFFA-dan göndərilən Müşahidə Şurasının üzvü geri çağırılıb. Qurumun təqdim etdiyi kimi, guya uşaq futbolunun inkişafı, infrastrukturun yenilənməsi və s. üçün.

Nə əlaqəsi?

Auditin bu prosesə hansı dəxli?

Nərimanoğlunun geri çağırılması maliyyə pozuntularına görədir. Bəs niyə bu pozuntuların hansı formada, nə qədər olması açıqlanmır?

İctimaiyyətdən nə və niyə gizlədilir?

Baş məşqçi Şahin Diniyevin adına 10 min manatdan çox maaş yazılsa da, özü rəsmən açıqladı ki, 7 min alırmış. Bunlar məlum olan tərəflərdir. Bəs naməlumluqlar niyə belə möhkəm qorunur?

Əgər audit qrupu maliyyə pozuntusu aşkarlamışdısa, bu, açıqlanmalıydı.

AFFA baş katibi Elxan Məmmədov israr edir ki, kritik həddə deyil bu pozuntular. Bəs kritik həddə deyilsə, onda Nərimanoğlu niyə həm klubun MŞ-dan geri çağırılır, həm AFFA Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri postundan göndərilir?

Panikaya səbəb nədir?

Adətən, media məsələləri dəqiqləşdirmədən yazmaqda günahlandırılır. İndi sualımız qarşı tərəfədir. Nəyi, necə dəqiqləşdirək? Audit qrupunun araşdırmalarının davam etməsini bilmirik, bitibsə, nəticələri naməlumdur, ortada kifayət qədər aşkarlanan anormallıqlar cavabsız, izahsız qalıb. Niyə?

Şübhələr var ki, Elxan Məmmədovun Mikayıl Nərimanoğlunun qarşısında ciddi nöqsanları olub. Onlar nəinki "Kəpəz" məsələsində, digər məqamlarda da maliyyə pozuntularında iştirakçı olublar. Bunlar absurd iddiamız deyil, çox ciddi mənbələrin kuluarlarda apardığı müzakirələrdir.

Deyilənə görə, Nərimanoğlunun "Kəpəz"dən MŞ-dakı vəzifəsindən geri çağırılması ilə AFFA MİƏD rəhbəri postundan göndərilməsinin səbəbi məhz "yeyintilərdə" iştirakıyla bağlıdır. Bəs bu, belədirsə, onda niyə hüquqi araşdırma başladılmayıb? Adama AFFA nəzdində komitələrdə koordinatorluq həvalə edilib.

Bunlar şəffaflığa ziddir. İctimaiyyətdən gizlədilənlər olduqca dezinformasiyalar daha çox yayılacaq.

Elə onlardan biri Şahin Diniyevlə və onun bu proseslərə reaksiyası ilə bağlıdır.

Bir çox mənbələr bildirir ki, Diniyev bilə-bilə göz yumurmuş. Həqiqətən, AFFA-dan "Kəpəz"ə ayrılan büdcədən 10.500 manat maaş ayrılsa da, Diniyev 7000 almağa razılıq veribmiş. Bəs bu və digər yerdə qalan məbləğlər hanı?

Diniyev dünən saytımıza açıqlamasında and-aman da elədi, eyni zamanda hüquqi cəhətdən yoxlamaya hazır olduğunu açıqladı. Ok, bu, özünəinamdır - deyək ki, konkret nəticələr məlum olanadək Şahin bəy tər-təmizdir, şübhəmiz də yox. Axı əsas adı açqlananlar hanı?

Rövnəq Abdullayev, problemin miqyasını dərk edirsiniz?

Bu məsələnin ört-basdır ediləcəyini düşünən qüvvələr yanılır.

İctimaiyyəti aldatmaq, büdcəni talan eləmək bu qədər asan olmamalıdır. Xüsusən, hökumətin bu hallara əvvələ nisbətən daha sərt yanaşdığı bir ərəfədə.

Elçin Cəlilov



oxunma sayı: 1041 | Paylaş:




?>