')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"dən Türkiyədə daha iki qələbə

"Qəbələ"dən Türkiyədə daha iki qələbə


oxunma sayı: 162 Paylaş:

FutbolPressTürkiyədə təşkil olunan “Limra Cup” turnirində növbəti qarşılaşmalar keçirilib. “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası bu gün iki matçda qüvvəsini sınayıb.

"Qırmızı-qaralar” öncə Azərbaycanın digər təmsilçisi “Vətən”lə üz-üzə gəlib.

Rüstəm Məmmədovun baş məşqçisi olduğu komanda 1:0 hesabı ilə qalib gəlib. Həlledici qolu Ömər Kərimov vurub. Günün digər matçında “Qəbələ” Rusiya “Lokomotiv”i ilə qarşılaşıb. “Qırmızı-qaralar” bu görüşdə də eyni hesabla qələbə qazanıblar – 1:0. Ömər Ağababayevin qolu komandanın ardıcıl 5-ci qələbəsini rəsmiləşdirib.

Bunadək “Manavqatspor”a 10:0, “BD Spor”a 4:0, “Kəmər Kartalları”na 6:0 hesabı ilə qalib gələn “Qəbələ” xal hesabını 15-ə çatdırıb. Turnirin lideri olan "qırmızı-qaralar" sabah son matçını keçirəcək. Komanda 4 oyunda 12 xal toplayan “Beşiktaş”la üz-üzə gələcək.

7 komandanın iştirak etdiyi turnir dairəvi sistemlə keçirilir.


oxunma sayı: 162 | Paylaş:




?>