Kante "Qarabağ"a qarşı oynamaq istəmir
Paylaş:
“Çelsi”nin futbolçusu N`Qolo Kante Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"la oyunda meydana çıxmaq istəmir. Bu barədə yarımmüdafiəçinin özü məlumat verib.
Zədədən yeni qayıdan oyunçu həmin matçda oynamağa ehtiyatlanır. Kante yenidən zədələnməkdən qorxur:
"Bu cür zədələrdən sonra meydana çıxan zaman qorxu hiss edirsən. Bir həftəlik məşqdən və oyundan sonra özümü yaxşı hiss edirəm. Uzun müddət oynamadım. Ancaq ən yaxşı formam üçün bir qədər də vaxt lazımdı".
“Qarabağ” - “Çelsi” noyabrın 22-də Bakı Olimpiya Stadionunda olacaq.
| Paylaş: