')

Bu gün:


FutbolPress.Az | Aqolli karyerasını bitirmək istədiyi klubu açıqladı

Aqolli karyerasını bitirmək istədiyi klubu açıqladı


oxunma sayı: 552 Paylaş:

FutbolPress"Qarabağ"ın Albaniyalı futbolçusu Ansi Aqolli ölkəsinin mətbuatına açıqlama verib. O, Ağdam klubunda Çempionlar Liqasında oynamaqdan xoşbəxt olduğunu deyib:

"Çempionlar Liqasında 4 oyun keçirmişik. Komandanın öz məqsədlərinə nail olmasını təmin etmək üçün hər cür səy göstərmək yaxşıdır. Özümü Çempionlar Liqasında görmək məni xoşbəxt edir".

Gələcək karyerası barədə də danışan müdafiəçi hələlik "Qarabağ"da qalmaq istədiyini, ancaq karyerasını ölkəsində bitirmək fikrində olduğunu spyləyib:

"Qarabağ"la müqaviləm var. Özümü bu komandada yaxşı hiss edirəm. Nə qədər ki, imkan var, bu komandada qalmaq istəyirəm. Ancaq karyeranı "Tirana" ilə çempionluq yaşayıb bitirmək istəyirəm. Orda əla günlərim olub".


oxunma sayı: 552 | Paylaş:




?>