"Vest Hem" Biliçi qovdu
Paylaş:
“Vest Hem” baş məşqçisi Slaven Biliçlə yollarını ayırıb. Buna komandanın uğursuz çıxış etməsi səbəb olub.
Məlumatı Premyer Liqa klubunun rəsmi saytı yayıb. Bildirilir ki, 49 yaşlı mütəxəssislə yanaşı onun 4 köməkçisi də komandadan uzaqlaşdırılıb.
Biliç 2015-ci ildən “Vest Hem”ə rəhbərlik edirdi. Komanda cari mövsümdə 11 turdan sonra cəmi 9 xal toplayıb və 18-ci pillədə qərarlaşıb.
| Paylaş: