')

Bu gün:


FutbolPress.Az | "Arsenal" və "Everton"la bağlı şok saxtakarlıq iddiası

"Arsenal" və "Everton"la bağlı şok saxtakarlıq iddiası


oxunma sayı: 158 Paylaş:

FutbolPressİngiltərənin "Arsenal" və "Everton" klubları ciddi cəzaya məruz qala bilər. Bu, Almaniyanın "Süddeutsche Zeitung" nəşrinin araşdırmasından sonra məlum olub.

Məqalədə "Arsenal"ın səhmlərinin 30 faizinə sahib olan rus oliqarx Alişer Usmanovla "Everton"un 50 faizlik səhm paketinə yiyələnən iranlı Fərhad Moşirinin qeyri-leqal iqtisadi əlaqələrinin olduğu ortaya çıxıb.

Ötən ilin  fevralında Moşiri "Arsenal"dakı 15 faizlik səhmlərini Usmanova sataraq "Everton"un 49,9 faizini alıb və klubun ən böyük səhmdarına çevrilib. "Paradise Papers"də yer alan məlumatda satışın saxta olduğu bəlli olub.

Moşirinin Usmanova satdığı 15 faizlik səhm əslində elə Usmanovun özünün olub və satışda saxtakarlığıa yol verilərək iranlı biznesmeninki kimi göstərilib. Bu isə o deməkdir ki, Usmanov Moşiri vasitəsilə həm də "Everton"u idarə edir

İngiltərə Premyer Liqa qanunlarına əsasən bir klubda ən azından 10 faizlik paya sahib olan biri digər klubda səhm sahibi ola bilməz. Əgər faktlar sübuta yetirilsə, hər iki klub yerli federasiya tərəfindən ciddi cəzalandırılacaq.


oxunma sayı: 158 | Paylaş:




?>