')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanovdan istefa qərarı

Qurban Qurbanovdan istefa qərarı


oxunma sayı: 597 Paylaş:

FutbolPressAzərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsindən ayrılmaqla bağlı qərar verib.

Bu haqda mütəxəssis özü məlumat verib.

Dünən Qurbanov milliyə baş məşqçi təyin olunduqdan sonra onun AFFA İcraiyyə Komitəsindəki vəzifəsində qalıb-qalmayacağı maraq doğururdu. Təcrübəli çalışdırıcı bildirib ki, iki işdə - milli komanda və “Qarabağ”dakı fəaliyyətinin çoxluğu ilə əlaqədar İcraiyyə Komitəsi üzvlüyündən ayrılmaqla bağlı AFFA-ya müraciət edib.

Qurbanov 2016-cı ilin mart ayında İcraiyyə Komitəsinə üzv seçilmişdi. (Qol.az)


oxunma sayı: 597 | Paylaş:




?>