')

Bu gün:


FutbolPress.Az | Koutinyo "Real"a keçə bilər

Koutinyo "Real"a keçə bilər


oxunma sayı: 120 Paylaş:

FutbolPress"Barselona"nın transfer etmək istədiyi "Liverpul"un futbolçusu Filipe Koutinyoya daha bir müştəri tapılıb. Söhbət Kataloniya klubunun əzəli rəqibi "Real"dan gedir.

Məlumatı "Mundo Deportivo" yayıb. İddia edilir ki, əgər qışda "Barsa" braziliyalını heyətinə qata bilməsə, yay transfer pəncərəsi zamanı "kral klubu" Premyer Liqa təmsilçisinin qapısını döyəcək. Hazırda "Liverpul"un Koutinyo üçün 150 milyon istədiyi deyilir.

"Sambaçı"nın xidmətində PSJ-nin də maraqlı olduğu gələn iddialar arasındadı.


oxunma sayı: 120 | Paylaş:




?>