Baş katib təsdiqlədi: Renat millidən imtina edib
Paylaş:
Almaniyanın "Ayntraxt" klubunun U-19 komandasının üzvü Renat Dadaşovun Azərbaycan U-21 millisində oynamaqdan imtina etdiyi ilə bağlı yayılan xəbərlər təsdiqini tapıb.
Bu barədə jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. O deyib ki, Renat klubunda vacib oyunlarının olmasını əsas gətirərək U-21-in heyətində Kosovo və Almaniya ilə AÇ-2019-un seçmə mərhələ matçlarında iştirakdan imtina edib.
| Paylaş: