')

Bu gün:


FutbolPress.Az | "Bavariya"da Haynkesin yerinə 3 namizəd

"Bavariya"da Haynkesin yerinə 3 namizəd


oxunma sayı: 206 Paylaş:

FutbolPressKarlo Ançelottinin istefaya göndərilməsindən sonra "Bavariya"nın baş məşqçi postuna gətirilən Yup Haynkes mövsümün sonunda komandanı tərk edəcək. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Münhen klubu Haynkesi uzun müddət komandada saxlamağı düşünmür. Artıq onun yerinə namizədlər də bəllidi.

Haynkesi əvəzləyəcəyi düşünülən ilk ad hazırda "Leypsiq"i çalışdıran Ralf Hayzenhüttldü. Ondan başqa "Borussiya"nın sabiq baş məşqçisi Tomas Tuhel və "Hoffenhaym"ın "sükanı arxası"nda olan Yulien Naqelsmann da namizədlər sırasındadı.


oxunma sayı: 206 | Paylaş:




?>