Torres qışda "Atletiko"dan gedəcək
Paylaş:
"Atletiko"nun forvardı Fernando Torres qışda komandasını tərk etmək istəyir. Bu barədə "Cadena Ser" məlumat yayıb.
Bildirilir ki, futbolçu oyun praktikasının azlığından narazıdır. O, ABŞ və Çindən olan təklifləri nəzərdən keçirməyə başlayıb. Yanvarda Dieqo Kosta da Atletikoya gələcək. Bu isə əsas heyətə düşməyə bir qədər də çətinlik törədəcək.
İspaniya çempionatının 10 turu ərzində Torres yalnız 1 dəfə əsas heyətdə yer alıb.
| Paylaş: