')

Bu gün:


FutbolPress.Az | "CBC Sport" - 2 il (KİÇİK QEYD)

"CBC Sport" - 2 il (KİÇİK QEYD)


oxunma sayı: 820 Paylaş:

FutbolPressBu gün "FutbolPress"in 8, "CBC Sport" telekanalının isə 2 yaşı oldu. Bizi həmkarlar, idman KİV-i, müxtəlif futbol adamları təbrik etdi. Həmkarlara diqqətlərindən dolayı böyük təşəkkür edirik. Futbol nümayəndələrindən isə ən xoşagələn təbrikə görə Nazim Süleymanova minnətdarlığımızı bildiririk. Bu diqqəti, esteti unutmayacağıq. Nazim bəy futboldakı kimi ünsiyyətdə də mükəmməl olduğunu göstərir.

Biz isə öz növbəmizdə sevimli telekanalı təbrik edirik. "CBC Sport" şəxsən mənim sevimli kanalımdır. Çünki orda çox yaxın dostlarım çalışır. Bundan başqa, bu kanal azad mühit, yaradıcı meydan təsiri bağışlayır.

Kanalın yaradıldığı ərəfədə rəhbəri olan İlya Rüstəmovla şəxsi tanışlığımız olmasa da, hamı kimi yeni TV-nin yaradılmasını yaxından izləyəndə onun prosesə yaradıcı yanaşması xoşagələn idi. Sonradan postundan ayrılıb gəldiyi Rusiyaya qayıdan həmyerlimizi Volkan Üst əvəzlədi. Volkan bəyin ünsiyyətcilliyi danılmazdır. Onun gəlişi kanalın yaradıcılığında hansı dəyişiliklərə səbəb oldu - xeyli cümlələr olmalıdır...

Ancaq mən "CBC Sport"u rəhbərliyin formalaşdırdığı və ona tabe kanal hesab etmirəm. Kanalda çox proqressiv gənclər toplaşıb. Elə onlardan biri "FutbolPress"dən idman jurnalistikasına başlamış Asəf Zeynallı, digərləri.

Kanala ölkənin ən yaxşı şərhçiləri, futbol analitikləri toplaşıb. Qalaktikos adlandırmaq olar? Bəli, bəli...

Rüstəm Əfsərli kimi, idman jurnalistikasına, təxminən, eyni vaxtda başladığımız həmkar, dost kanalın şərhçilər qrupunun rəhbəridir. Bu kanala necə hörmət eləməyəsən? Adamın həm şəxsiyyətinə, həm intellektinə, həm proqressiv, demokratik düşüncəsinə lap çoxdan bələdəm.

2 yaş, ancaq sanki 5-6-7 illik fəaliyyət effekti.

Effektiv kanalın HD effektlə yayımının hər evdə futbol həyəcanı/qələbələr sevinci yaşatması diləyilə, lap  böyük TV olasan, hörmətli "CBC Sport"!

Elçin Cəlilov


oxunma sayı: 820 | Paylaş:




?>