')

Bu gün:


FutbolPress.Az | Milli Qurbanova tapşırılmalıdır (QEYD)

Milli Qurbanova tapşırılmalıdır (QEYD)


oxunma sayı: 1235 Paylaş:

FutbolPressBerti Foqtsun göndərilməsindən sonra millinin baş məşqçisi postuna namizədlərin müzakirə olunduğu ərəfədə yerli mütəxəssislərdən ən çox Qurban Qurbanovun adı hallanırdı. Ancaq AFFA prezidenti Rövnəq Abdullayev "hələ gəncdir" açıqlaması vermişdi.

Milli Robert Prosineçkiyə həvalə olunmuşdu. Yenə əcnəbi məşqçi, yenə onun "istənilən nəticəni göstərməyə əlimizdə yaxşı material yoxdur" bəraət-açıqlaması.

Zaman göstərdi ki, material yoxdursa, əcnəbi məşqçilərə milyonlar ödəməyin adı/məntiqi də yoxdur.

Prosineçki ilə yaxşı başlayan, ancaq arzulanmaz sonluğa düçar olan dövr də başa çatdı.

Oktyabrın 3-də milli komandanın kimə həvalə olunması müzakirə olunacaq və namizədlərin siyahısı açıqlanacaq.

Yenə əcənəbi?

Qəti!

KİV-də mütəxlif çalışdırıcıların adı hallanır, ancaq hamısı da xaricilər. Bu isə nə futbolumuzun hazırkı durumuna uyğundur, nə qənaət rejiminə, nə də nəticə istəyinə...

Bu, yalnız mənfəətbazlıq edənlərə sərf edər. Onları da sizə sadalamağa ehtiyac yoxdur, əzbər bilirsiniz.

Qurban Qurbanovun milli komandanın "sükan"ını təhvil alması artıq labüddür. O, indi nə "gəncdir", nə də təcrübəsiz.

Azərbaycan standartlarından dəfələrlə böyük ölçü yaratmış, özünü sübut eləmiş Qurbanovun millini çalışdırması ən məntiqəuyğun qərar olar.

"Səbail"lə oyundan sonrakı mətbuat konfransında Qurban bəyə bu mövzuda sual verilmiş, o isə "Atletiko Madrid"lə matça hazırlaşmalıyıq, bütün fikrimiz bunda olmalıdır" deyib, ilk dəfə milli mövzusunda sualdan yayınmadığını göstərmişdi.

Və Qurbanov dediyini etdi, göstərdi. Madriddən xalla qayıdan "Qarabağ" artıq Rəşad Sadıqova, milli isə Qurban Qurbanova həvalə edilməlidir.

Bu adlar nəinki məşqçi, həm də idarəçi, koordinasiya bilikləriylə faydalı olacaqlarını hərtərəfli göstəriblər.

Elçin Cəlilov



oxunma sayı: 1235 | Paylaş:




?>