')

Bu gün:


FutbolPress.Az | Hakimləri təhqir edən futbolçuya 4 oyunluq cəza

Hakimləri təhqir edən futbolçuya 4 oyunluq cəza


oxunma sayı: 80 Paylaş:

FutbolPressAFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantıda I Divizionun V turunda baş verənlərə də hüquqi qiymət verilib:

“Ağsu” – “Mil-Muğan” matçında meydan sahiblərinin 4, qonaqların isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub.

Oyunun 90+4-cü dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Vaqif Mehrəliyev hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 320 manat cərimələnib.

MOİK – “Turan Tovuz” matçında meydan sahiblərinin futbolçusu Mirkamil Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 20 manat cərimə edilib.

"Sabah” – “Xəzər” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


oxunma sayı: 80 | Paylaş:




?>