')

Bu gün:


FutbolPress.Az | Ronaldoya top ötürmürlər  - "Real"da narazılıq

Ronaldoya top ötürmürlər - "Real"da narazılıq


oxunma sayı: 820 Paylaş:

FutbolPressİspaniya La Liqasının X turunda "Jirona"ya uduzan (1:2) "Real"ın düşərgəsində vəziyyət ürəkaçan deyil. İspaniya mətbuatında yer alan xəbərlərə görə, komanda daxilində futbolçular arasında münasibətlər pisləşib.

Məlumata görə, "Jirona" ilə oyunun 66-cı dəqiqəsində Modriçin irəli çıxıb qayıtmayan və yerini boş saxlayan Marseloya iradına braziliyalı kəskin reaksiya verib. O, "hər şeyi korldaığımı deyirsən, sən guya yaxşısan?" deyə etirazını bildirib.

Xəbərdə, həmçinin, İsko və Benzema arasında da matçın gedişi zamanı narazılıq yarandığı bildirilir.

Başqa bir məlumata görə isə "kral klubu"nun ispaniyalı futbolçuları - İsko, Sebalyos və Asensio Ronaldoya qarşı birləşiblər. Bu barədə portuqaliyalı ulduz yaxın çevrəsinə məlumat verib. Ronaldo deyib ki, adıçəkilən 3 futbolçu ona pas ötürmürlər.

10 turdan sonra Madrid klubu 3-cüm illədədi və lider "Barselona"dan 8 xal geri qalır.


oxunma sayı: 820 | Paylaş:





?>