')

Bu gün:


FutbolPress.Az | Ranyeri "Lester"ə qayıtmaqdan imtina edib

Ranyeri "Lester"ə qayıtmaqdan imtina edib


oxunma sayı: 251 Paylaş:

FutbolPressBir müddət əvvəl baş məşqçisi Kreyq Şekspirlə yollarını ayıran "Lester" bu posta Klaudio Ranyerini gətirmək istəyib.

"Corriere dello Sport"un iddiasına görə, klub rəhbərliyi komandaya İngiltərə çempionluğunu qazandıran italiyalı ilə əlaqə saxlayıb. Ona yenidən baş məşqçilik təklif edilib. Ancaq Ranyeri bunu qəbul etməyib. O, qısaca "yox, sağ olun" deməklə təklifi müzakirə belə etmək istəməyib.

Ranyeri 2015-17-ci illərdə Premyer Liqa klubunu çalışdırıb. O, ilk ilindəcə komandaya İngiltərə çempionluq qazandıraraq, böyük sensasiyaya imza atıb. Ancaq keçən mövsüm "Lester"in uğursuz çıxışı Ranyerinin qovulması ilə nəticələnmişdi. 66 yaşlı mütəxəssis hazırda "Nant"ın "sükanı arxası"ndadı. "Lester"də isə Ranyerinin imtina etdiyi posta Klod Pyuel təyin olunub.


oxunma sayı: 251 | Paylaş:




?>