')

Bu gün:


FutbolPress.Az | "Çistka" davam edəcək (QEYD)

"Çistka" davam edəcək (QEYD)


oxunma sayı: 1353 Paylaş:

FutbolPressUEFA-ya yenicə məktub yazmışdıq, gözlənilmədən Mikayıl Nərimanoğlu "Kəpəz"in Müşahidə Şurasının üzvlüyündən uzaqlaşdırıldı. Günün ilk yarısında bu xəbər şok effekti yaratdı, ikinci yarısında isə dabl şok: Nərimanoğlu AFFA media və ictimaiyyətlə əlaqələndirici postundan da uzaqlaşdırılıb.

Yerinə təyin edilən Firuz Abdullaya təbriklər!

UEFA-dan isə öyrənmək istəyirdik ki, AFFA-da strateji vəzifə daşıyan şəxsin hansısa klubda vəzifə daşıması (ictimai də olsa) nə qədər doğrudur. Xüsusən, bütün mediada bu, icraedici, idarəçi funksionallıqla təqdim edilirsə, ictimaiyyətin fikri budursa...

UEFA məhz buna önəm verir. Dəxli yoxdur ki, sən orda möhür qoyan deyilsən, rəsmi vəzifə daşırımsan və s.

Avropada buna yox, medianın və ictimaiyyətin fikrinə önəm verilir.

Hadisələr o qədər sürətlə cərəyan elədi ki...

Bəli, ortada çox ciddi amillər var. Yoxsa AFFA baş katibi Elxan Məmmədov Mikayıloğlunun qələminin ani "qırılmasına" razı olmazdı.

Hər halda, proseslər davam edir. Başqa gözlənilməzliklər də olacaq.

Bizimsə suallarımız çoxdur. İctimaiyyətin bilməli olduğu məqamlar xeylidir. Təəssüf ki, AFFA prezidenti Rövnəq Abdullayevi ildə cəmi bir dəfə, marta təsadüf edən illik hesabat konfransında görürük. Ondan başqa geniş sual-cavab imkanı olmur. Ona da hələ çox var.

Bəli, ciddi olayların üzə çıxması planlaşdırılır və mümkündü ki, xeyli anormal hadisələr normallığa salınsın. Ən azı hesabat konfransında narazılıq tonu, qalmaqallı sualların ortaya çıxması, ictimailəşməsinin qarşısının alınması üçün.

Bilirsiz niyə?

Rövnəq Abdullayevin "vurulması" yuxarıdakı bəzi dairələrin istəyidir. Müəyyən detallarda artıq konkret nəticələrə də nail olublar.

Abdullayevin imicinə xələl gətirilməsinin qarşısının alınması üçün başqa "islahatvari" əməliyyatlar bundan sonra da davam edəcək. Pul yeyintisi, sistemə xəyanət, mənfəətbazlıq edən kadrlara daha güzəşt olmayacaq. Davam edir...

Elçin Cəlilov


oxunma sayı: 1353 | Paylaş:




?>