Mikayıl Nərimanoğlunun yerinə Firuz Abdulla
Paylaş:
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində dəyişiklik edilib.
Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu vəzifəsindən uzaqlaşdırılıb.
Artıq onun əvəzləyicisi də məlumdur. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsinə Firuz Abdulla (Qarayev) təyin olunub. F. Abdulla bunadək sözügedən departamentdə baş mütəxəssis vəzifəsində çalışırdı.
Günün əvvəlində Mikayıl Nərimanoğlu həm də “Kəpəz”in Müşahidə Şurasının üzvü vəzifəsindən də geri çağırılıb. (Futbolxeber.az)
"FutbolPress"in dəqiqləşdirdiyi məlumata görə, AFFA-da belə dəyişiklik həqiqətən də baş verib. Nərimanoğlu İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsindən Komitələrlə iş üzrə koordinator vəzifəsinə təyin edilib. Onun köhnə işini isə Firuz Abdulla icra edəcək. Hər iki təyinatla bağlı yaxın zamanda rəsmi açıqlama ediləcəyi gözlənilir.
| Paylaş: