Diniyev 1 ay oynamayacaq
Paylaş:
"Kəpəz"in “Keşlə” ilə səfər oyununda zədələnərək əvəzlənən futbolçusy Kərim Diniyevin vəziyyətinə aydınlıq gəlib.
Klubun rəsmi saytının yaydığı məlumata görə, MRT müayinəsindən keçən yarımmüdafiəçinin zədəsinin ciddi olduğu müəyyənləşib. Futbolçu təxminən 20-25 gün məşq edə bilməyəcək.
Diniyevin sağ dizi burxulub. Bundan əlavə menisküsda ikinci dərəcəli degenerasiya və ön çarpaz bağda birinci dərəcəli gərilmə var.
| Paylaş: