')

Bu gün:


FutbolPress.Az | Bu ayrılıq nədən oldu... (QEYD)

Bu ayrılıq nədən oldu... (QEYD)


oxunma sayı: 1170 Paylaş:

FutbolPress"Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu (Quluyev) vəzifəsindən kənarlaşdırılıb/geri çağırılıb. Klubun rəsmi saytında durum belə izah edilir:
“Kəpəz” Futbol Klubunda uşaq-gənclər komandalarının inkişafını gücləndirmək, klubda çalışan məşqçilərin təhsil səviyyəsini yüksəltmək, idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Kəpəz” Futbol Klubunun Müşahidə Şurasındakı nümayəndəsi Mikayıl Quluyev geri çağırılır.
“Kəpəz” FK-nın Müşahidə Şurasına AFFA tərəfindən təyin olunacaq nümayəndə barədə əlavə məlumat veriləcək".


AFFA tərəfindən nümayəndə kim təyin olunacaqsa, maraqla gözlənir, ancaq isti-isti bildirək ki, qurumda buna layiq Mikayıl Nərimanoğludan işgüzar kiminsə olduğunu bilmirik.

Həm də bu nə izahdır?

Məgər "Kəpəz"də uşaq-gənclər komandalarının inkişafını gücləndirmək, klubda çalışan məşqçilərin təhsil səviyyəsini yüksəltmək.. Mikayıl bəy mane olurdu ki buna?

Dəfələrlə AFFA-da strateji vəzifə sahibi kəslərin eyni zamanda klublarda vəzifə daşımasını tənqid eləmişik, elə onlardan biri də sözügedən şəxs. Ancaq bunlar o demək deyil ki, adam işini bacarmır, yararsız kadrdır və s.

Hər halda hazırkı AFFA rəhbərliyinin/mühüm vəzifəlilərinin ən stajlılarından biri olan Nərimanoğlunun özünəməxsus səriştəsi, təcrübəsi və metodikası var. "Kəpəz"in bəyanatındakı situasiyaya izahatı absurd və yolverilməzdir.

Düşünürük ki, AFFA nümayənəsini geri çağırmayıb. Nə də klub rəhbərliyi (?!) Müşahidə Şurasından onun uzaqlaşdırılmasını istəməyib, yaxud istəyəcək məramda deyillər. Çünki klubun ən əsas işçi və idarəçi qüvvəsi məhz Nərimanoğlu idi. Klubun tutduğu yol, gələcəyə ciddi planlarının olmaması onun postundan uzaqlaşmasına gətirib çıxarıb...

 Adam MŞ-nin üzvü olsa da, de-fakto əksəriyyət onun əsas idarəçi olduğunu bilirdi. İstənilən uğursuzluqda da iki ən çox haqq-hesab sorulan nəfərlərdən biri olması, sorğulara uyğun cavabların olmaması və s. Məsələ aydındır. Nərimanoğlunun istefası adlandırmaq olar bu prosesi. Ancaq situasiyaya fərqli don geyindirmək istəyi də gülünc alınıb. Klubun görmək istədiyi işlərin heç birinə mane olmurdu bu şəxs, əksinə, əsas hərəktverici qüvvə idi.

"Kəpəz", halına vay...

Elçin Cəlilov



oxunma sayı: 1170 | Paylaş:




?>