')

Bu gün:


FutbolPress.Az | Nə məsələdi? (KİÇİK QEYD)

Nə məsələdi? (KİÇİK QEYD)


oxunma sayı: 1453 Paylaş:

FutbolPress“Düzü, hakimliklə bağlı çox danışmıram. Ancaq Rəvan Həmzəzadənin bu gün nə etmək istədiyi çatmadı mənə. O, xoşuma gələn hakimlərdəndi. Adətən sərt oyuna imkan verir. Amma bəzi epizodlarda qeyri-adi, maraqlı qərarları oldu.  Daninin yerdə qaldığı, Pedroya simulyasiyaya görə sarı vərəqə verdiyi anda düzgün qərar qəbul etmədiyi göründü. Maraqlı epizodlar var idi”.

Bu, Qurban Qurbanovun “Səbail”lə X tur oyunundan (1:0) sonrakı mətbuat konfransında referinin qərarları ilə bağlı suala verdiyi cavabdı. Həqiqətən də, Qurban bəy hakimliklə bağlı suallar haqda belə danışmazdı. O, mübahisəli epizodları adətən “hakimlər meydanda ən çox təzyiq altında olanlardı, onlara dəstək olmaq lazımdı” formasında şərh edərdi.

Rəvan Həmzəzadə bugünkü idarəçiliyi ilə Qurbanovu dilə gətirməyi bacardı. Referi ilk hissədə Pedro Enrikenin yerdə qaldığı epizodda futbolçunun simulyasiya etdiyini əsas gətirərək, onu sarı vərəqə ilə cəzalandırdı. Ancaq çox keçmədi ki, elə həmin anda zədələnən oyunçu meydançanı vaxtından əvvəl tərk etməli oldu. İkinci hissədə top cərimə meydançasında “Səbail”in müdafiəçisinin əlinə dəydi, az sonra Dani Kintana yerdə qaldı və açıq-aşkar görünən qayda pozuntularına hakimin fiti susdu.

Referinin qərarlarını təsadüf saymaq, səhv qərar kimi qəbul etmək çətindi. Ümumiyyətlə, bu, “Qarabağ”a qarşı ən ciddi “hakim atmacasıdı”. İndiyə qədər də müəyyən oyunlarda belə hallar müşahidə olunub, ancaq bu səviyyədə heç vaxt.

“Səbail”lə oyunda baş verənləri “Qarabağ”a yox, əslində Qurban Qurbanova yönəlmiş qəbul etmək olar. Prosineçkinin gedişindən sonra əksəriyyət millinin yeni baş məşqçisi kimi məhz onu görür, təklif edir. Ancaq AFFA-da bu fikrin dəstəklənmədiyi ilə bağlı əvvəllər də qeydlərimiz olub. Belə qərarlarla isə mütəxəssisin səbrini daşırmaq, onu qızışdırmaq istəyirlər. Məqsəd Qurbanovun illər ərzində qazandığı müsbət imicinə zərər gətirməkdi.

Rəvan Həmzəzadənin bugünkü qərarları sadəcə səhv yox, Qurban bəyin də dediyi kimi başa düşülməyən qeydi-adi şeylər idi.

"FutbolPress"



oxunma sayı: 1453 | Paylaş:




?>