')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" boksçularının Ukraynada açıq məşqi - FOTOLAR

"Qəbələ" boksçularının Ukraynada açıq məşqi - FOTOLAR


oxunma sayı: 701 Paylaş:

FutbolPressOktyabrın 21-də “Qəbələ” və Ukraynanın KB-75 klubları arasında boks üzrə beynəlxalq yoldaşlıq görüşü keçiriləcək.

Bir neçə gündür görüşün təşkil olunacağı Krivoy Roq şəhərinə yollanan komanda hazırlıqlarını davam etdirir. Dünən qarşılaşma ərəfəsində boksçularımızın KİV nümayəndələri üçün açıq məşqi gerçəkləşib.

Hazırlıq prosesində yerli media qurumlarının əməkdaşları iştirak ediblər. Bu gün “Qəbələ” və KB-75 boksçularının çəkiölçmə mərasimi keçiriləcək.

7 döyüşdən ibarət görüş Krivoy Roq şəhərindəki Gənclər və Tələbələr İdman Sarayında baş tutacaq. Ramiz Mirkamalovun baş məşqçisi olduğu komandanı Ümüd Rüstəmov (56 kq), Elvin İsayev (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmmədəli Tahirzadə (+91 kq) təmsil edəcək. 





oxunma sayı: 701 | Paylaş:




?>