')

Bu gün:


FutbolPress.Az | Fərsiz biclik (KİÇİK QEYD)

Fərsiz biclik (KİÇİK QEYD)


oxunma sayı: 728 Paylaş:

FutbolPress“CBC Sport” vədinə əməl edə bilmədi. Xeyli əvvəl kanal böyük ajiotajla Türkiyə Super Liqasının yayım hüququna yiyələndiyini açıqlasa da, bu gün məlum oldu ki, alınmayacaq.

Kanaldan bununla bağlı rəsmi açıqlamada “Digitürk”ün təktərəfli şəkildə bağlanan müqaviləyə xitam verdiyi deyilir. Səbəb hər nə olursa olsun, “CBC Sport”un belə davranışı xoş hal deyil.

Kanal auditoriyanı aldatdı, boş vədlə uzun müddət onlarla məzələndi, maraqlı kütləni intizarda saxladı. “CBC Sport” rəhbərliyinin Super Liqa ilə bağlı addımına birbaşa uğursuz PR kapmaniyası kimi yanaşmaq lazımdı. Çempionatın yayımı ilə bağlı xəbər veriləndən indiyə qədər kanalın sosial şəbəkə hesabında ən çox məhz bununla bağlı suallar yer alırdı. Az qala hər paylaşımda izləyicilər Super Liqanın yayımı ilə bağlı məlumat istəyirdilər.

Kanal isə bu günə qədər susurdu. Yayım vədinin yerinə yetirilməməsi bir eyibdirsə, məsələ ilə bağlı tutulan mövqe ikinci yanlışlıqdı. “CBC Sport” rəhbərliyi indiyə qədər bununla bağlı heç bir informasiya vermək istəmir, sualları cavablandırmırdı. Hətta kanalın yanlış mövqeyilə bağlı “FutbolPress”də “Gecikən cavab” adlı yazı da dərc etmişdik.

Nəhayət, çoxsaylı tənqid və narazılıqlardan sonra kanal məsələyə çoxdan gözlənilən aydınlığı gətirdi. Düşünmürük ki, rəsmi açıqlamanın bu gün olması təsadüfi haldı. Daha əvvəl də buna oxşar addımlarla rastlaşmışıq. Məntiq çox sadədi: Hansısa önəmli qərar daha vacib digər hadisənin baş verdiyi/verəcəyi gündə açıqlanır. Xatırlayırsızsa, yaxın keçmişdə - “Neftçi”də yeni prezident seçilməsiylə bağlı struktur dəyişikliyi “İnter” və "Zirə"nin Avropa Liqası oyunundan bir qədər əvvəl açıqlanmışdı...

Fərsiz biclik “CBC Sport”un Super Liqanın yayımının uğursuz olması xəbərində də özünü göstərdi. Diqqət edin, “Qarabağ” U – 19-un Gənclər Liqasında, əsas komandanın Çempionlar Liqasının qrup mərhələsində oyunu olan gündə ictimaiyyət üçün belə vacib bir xəbər açıqlanır. İlk dəfə deyil ki, ajiotaj, narazılıq yaradacaq informasiyaları məhz daha əhəmiyyətlilərinin fonunda diqqətdən yayındırmağa çalışırlar. Ancaq bu artıq bizə məlum taktiki gedişdi...

"FutbolPress"



oxunma sayı: 728 | Paylaş:




?>