')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"a çoxlu qol vurmalıyıq" - "Atletiko"nun futbolçusu

"Qarabağ"a çoxlu qol vurmalıyıq" - "Atletiko"nun futbolçusu


oxunma sayı: 202 Paylaş:

FutbolPressSabah Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacaq “Atletiko”nun oyunçusu Tomas Partey təmsilçimizlə görüş barədə danışıb. Yarımmüdafiəçi klubun saytına açıqlama verib.

O bildirib ki, "Qarabağ"a çox qol vurmalıdılar:

"Oyunun asan olmayacağını bilirik. Amma biz yolumuza davam etməliyik. "Qarabağ"a çoxlu qol vurmalı və  qələbə qazanmalıyıq. Bu qarşılaşmada hər şeyi düzgün etməliyik. Uğurun açarı xırda detallardadır. Biz baş məşqçimizə qulaq asmalı, üstün oyun sərgiləməli, rəqibi təzyiq altında saxlamalı və hədəfimizə nail olmaq üçün çoxlu şans əldə etməliyik".

Sözügedən matç oktyabrın 18-i saat 20:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.


oxunma sayı: 202 | Paylaş:




?>