')

Bu gün:


FutbolPress.Az | Yığma seçmə mərhələni qələbə ilə bitirdi

Yığma seçmə mərhələni qələbə ilə bitirdi


oxunma sayı: 112 Paylaş:

FutbolPress17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupunda oyunlara yekun vurulub.

Azərbaycan millisi son turda Bolqarıstanla qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Qrupun digər matçında Ukrayna İrlandiyaya 1:3 hesabı ilə məğlub olub.

Beləliklə, İrlandiya qrupu 1-ci, Ukrayna  2-ci pillədə tamamlayıb. Millimiz isə 3-cü olub. Bolqarıstan sonuncu - 4-cü yeri tutub.

Hər qrupda ilk iki pilləni tutan komandalar, həmçinin ən yaxşı göstəriciyə malik dörd 3-cü yer sahibi elit-raunda yüksələcək.

Azərbaycan – Bolqarıstan - 2:1
Qollar:
Turan Vəlizadə, 18, 80+2 - Nikolov, 45
Baş hakim: Barbeno Luka (San Marino)
Qorna Orexovitse. “Lokomotiv” stadionu


oxunma sayı: 112 | Paylaş:




?>