')

Bu gün:


FutbolPress.Az | Rauf Əliyev Albaniyada növbəti qolunu vurdu

Rauf Əliyev Albaniyada növbəti qolunu vurdu


oxunma sayı: 464 Paylaş:

FutbolPressAlbaniya çempionatında 6-cı turun oyunları keçirilir.

Azərbaycanlı futbolçu Rauf Əliyevin formasını geyindiyi "Kukesi" öz meydanında "Teutra” ilə qarşılaşıb və bu oyundan 4:2  hesablı qələbə ilə ayrılıb.

Rauf da bu görüşün iştirakçısı olub. Komandasının qollarından birini də həmyerlimiz vurub. O, 90+5-ci  dəqiqədə fərqlənərək matçda son nəticəni müəyyənləşdirib. Bu, Əliyevin Albaniya çempionatında ikinci qoludu. Rauf ilk qolunu ötən tur vurmuşdu.

6 turdan sonra "Kukesi" 13 xalla 2-ci yerdədi.


oxunma sayı: 464 | Paylaş:




?>