"Bəsit səhvlərə yol verik" - Alesio
Paylaş:
Futzal üzrə UEFA kubokunun əsas mərhələsində son oyununu keçirən “Araz” Rumıniya çempionu “Deva” ilə qarşılaşıb və 3:6 hesabı ilə məğlub olub. Mübarizəni dayandıran təmsilçimizin baş məşqçisi Alesio da Silva oyunla bağlı Azərbaycan Futzal Federasiyasının rəsmi feysbuk səhifəsinə açıqlama verib:
“Pis oynadığımızı deyə bilmərəm. Əksinə, komandam rəqibdan üstün oyun nümayiş etdirdi. Təəssüf ki, yenə bəsit səhvlərə yol verdik və asan qollar buraxdıq. Əvəzində özümüz yaratdığımız epizodları sağa-sola xərclədik. Halbuki onları qola çevirmək lazımdı ki, sonra qələbəni biz bayram edək. Həm də rəqibin heyətində təcrübəli futzalçılar yer alıb və onlar uzun müddətdir bir komandada çıxış edirlər. Meydanda anlaşma baxımından “Deva”nın üzvləri yaxşı mənada seçilirdilər”.
| Paylaş: