"Barselona"nın qış transfer planı: Verratti, Koutinyo, Qoretska...
Paylaş:
"Barselona"nın qış transfer pəncərəsi üçün planı bəlli olub. Bu barədə "Marca" məlumat yayıb.
Qəzet iddia edir ki, "Barselona"nın qış transfer pəncərəsi zamanı əsas məqsədlərindən biri türkiyəli yarımmüdafiəçi Arda Turanla yollarını ayırmaq olacaq. Ernesto Valverdenin gəlişindən sonra komandadakı mövqeyini tamamilə itirən futbolçunu qışda yola salmaq Kataloniya klubu üçün prioritetlərdəndi.
Digər bir neçə futbolçuyla da yollarını ayırmağı planlaşdıran "Blauqrana" yeni transferlər üçün də çalışacaq. "Barsa" Marko Verratti və Felipe Koutinyonun transferi üçün yekun cəhdlərini qışda edəcək. Hazırda "Palmeyras"da forma geyən Yerri Mina və "Nitsa"dan Jan Maykl Seri də yanvarda İspaniyaya köçə bilər. Qış fasiləsi zamanı məqsədlərdən biri də "Şalke"nin futbolçusu Leon Qoretskanın keçidini həll etmək olacaq.
| Paylaş: