')

Bu gün:


FutbolPress.Az | Venger Özilin "Arsenal"da qalacağına inanır

Venger Özilin "Arsenal"da qalacağına inanır


oxunma sayı: 235 Paylaş:

FutbolPress"Arsenal"ın baş məşqçisi Arsen Venger komandadan gedəcəyi gözlənilən Mesut Özil haqda danışıb. O, son bir ayda cəmi 7 dəqiqə şans verdiyi yarımmüdafiəçini dünyanın ən yaxşılarından biri adlandırıb və qalacağına inandığını spyləyib:

"Mesutun bəzi problemləri var. İnsanların öz düşüncələri var, bəzən haqlıdılar, bəzən yox. Mesut dünyanın ən yaxşılarından biridi. Hər komandanın onun kimi oyunçuya ehtiyacı var. İnanıram ki, o, bizimlə qalacaq".

Venger komandanın Özilsiz keçirdiyi son 6 oyunda uğurlu çıxışına da münasibət bildirib:

"Son 6 matçın 5-də qaılib gəlmişik, bir oyunda heç heçə etmişik. Ancaq keçən mövsüm də son 11 oyunun 10-da qələbə qazanmışdıq. Hamısında da Mesut yaxşı oynadı. Federasiya Kubokunun yarımfinalında "Mançester Siti"yə, finalda "Çelsi"yə qalib gəldik. Bunların hamısında Özil meydanda idi".


oxunma sayı: 235 | Paylaş:




?>