')

Bu gün:


FutbolPress.Az | Gecikən cavab 

Gecikən cavab 


oxunma sayı: 1206 Paylaş:

FutbolPressBir vətəndaş "CBC Sport"un "feysbuk" səhifəsində yazıb ki, "Türkiyə Super Liqasının yayım hüququnu alıb, özünüz baxırsız?". Və həmin bu şərh səhifə adminin öz fikri, yaxud ona verilən tapşırıq əsasında silinib.

İstəkli "CBC Sport"un pis-yaxşı, işləri hədər getmirdi. Kanalın kollektivində müasir standartlara uyğun kadrlar, fərqli yanaşma, böyük yarışların yayımına cəhdlər və s.

Hər şey bir gün "feysbuk"da, demək olar ki, bütün kanal əməkdaşlarının, "Gözləyin! Böyük sürpriz gəlir!" tipli statuslar yazmasından sonra başlamışdı...

Kimlər ki bu anonsu vermişdi, sonra Türkiyə Super Liqasının yayımlanacağını bildirib, sürprizi açıqladılar.

Azərbaycanda kifayət qədər böyük ajiotaja səbəb olacaq mövzudur. Oldu da...

Ancaq bir həftə, iki həftə, üç...

Kanalın "feysbuk" shifəsini "Nə oldu Super Liqa?!" kommentləri bəzəməyə başladı. İnsanlar durmadan bütün kanal əməkdaşlarından vədin yerinə yetirilməməsinin səbəbini  soruşurdular. O statusu yazanlar indi o suallar qarşısında susub durmaqda davam edirlər.

Əlinizə silgi alıb, Türkiyə Super Liqasının yayımı haqda vədinizə aid bütün mövzuları, sualları silə-silə ömür sürəcək kanal?

Yoldaşlar, dostlar, bu məsələyə bir aydınlıq gətirmək gərəkdir.

Bu, viral reklam, kanalın PR-na atılmış addım idi, yaxud yayımın gerçəkləşməsi üçün texniki, tematik problemlərin həlli yubanır, yaxud problem həllolunmazlığa dirənib - bütün bu suallara bir cavab verilməlidir. Vallah, verilməldir. Hətta billah verilməlidir. Çünki verilməlidir. Başqa yolu yoxdur. Gec də olsa, bir cavab olmalıdır.

"FutbolPress"


oxunma sayı: 1206 | Paylaş:




?>