')

Bu gün:


FutbolPress.Az | "Bakcell Arena"da qazon problemi: "Neftçi" PFL-ə müraciət etdi

"Bakcell Arena"da qazon problemi: "Neftçi" PFL-ə müraciət etdi


oxunma sayı: 285 Paylaş:

FutbolPress“Neftçi” Peşəkar Futbol Liqasına müraciət edib. Klub ev oyunlarını keçirdiyi  “Bakcell Arena” stadionunun qazonunda  yenilənmə işləri aparıldığını rəhbər tutaraq Topaz Premyer Liqasının VIII turunun “Neftçi” – “Səbail” görüşünün yerinin dəyişdirilməsini istəyib.

“Neftçi”nin müraciətini və “Səbail”inn razılıq məktubunu nəzərə alan PFL aşağıdakı qərarları qəbul edib.

Topaz Premyer Liqasının VIII turunun “Neftçi” – “Səbail” matçı 15 oktyabr 2017-ci il tarixdə “Dalğa Arena” stadionunda keçirilsin.

VIII turda meydan sahibi “Səbail” klubu, hər iki klubun iştirakı ilə üçüncü dövrənin matçında meydan sahibi kimi “Neftçi” klubu təsdiq edilsin. (PFL)


oxunma sayı: 285 | Paylaş:




?>