')

Bu gün:


FutbolPress.Az | AFFA "Qəbələ"ni cərimələdi

AFFA "Qəbələ"ni cərimələdi


oxunma sayı: 321 Paylaş:

FutbolPressAFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantıda aşağıdakı qərarlar qəbul edilib.

Topaz Premyer Liqasının VII turunun “Qəbələ” – “Kəpəz” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

I Divizionun I turunun “Xəzər” – “Mil-Muğan” matçının 60-cı dəqiqəsində qonaq komandanın futbolçusu Viqar Əlibabayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 20 manat cərimə edilib.

Oyunun 76-cı dəqiqəsində “Xəzər”in futbolçusu Anar Babayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 20 manat cərimə olunub.

I Divizionun I turunun “Turan Tovuz” – “Şüvəlan” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


oxunma sayı: 321 | Paylaş:




?>