')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" rekordun bir addımlığında dayandı

"Qarabağ" rekordun bir addımlığında dayandı


oxunma sayı: 194 Paylaş:

FutbolPress“Qarabağ”ın Topaz Premyer Liqasının 2017/18 mövsümünün startındakı qələbə seriyası qırılıb. İlk 5 matçında qalib gələn ağdamlılar “Zirə” ilə VII turun ev görüşündə xal itirib - 0:0.

Bu, klubun Azərbaycan çempionatlarındakı ikinci ən yaxşı startıdır. Bütün ölkə çempionatlarında iştirak edən “Qarabağ” yalnız bir dəfə mövsümə daha çox qələbə ilə başlayıb.

Ağdamlılar 2003/04 mövsümünün əvvəlində ardıcıl 6 qələbə qazanıb ki, bu da klub tarixinin mütləq rekordudur. Qurban Qurbanovun yetirmələri “Zirə” ilə görüşdə xal itirməklə həmin rekordun bir addımlığında dayanıb.


oxunma sayı: 194 | Paylaş:




?>