')

Bu gün:


FutbolPress.Az | "Topa istədiyimiz kimi nəzarət edə bilmədik" - Qurban Qurbanov

"Topa istədiyimiz kimi nəzarət edə bilmədik" - Qurban Qurbanov


oxunma sayı: 156 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında VII turun “Qarabağ” – “Zirə” (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi:

- Ağır oyun oldu. Komandanın oyunu alınmadı. Meydanda mübarizə çox idi. Topa istədiyimiz kimi sdahib ola bilmədik. “Zirə” yaxşı müdafiə olundu. Oyunun sonuna kimi sistemlərindən əl çəkmədilər. Ümuməm komandanı qınamaq olmaz. Heyətdə çoxlu dəyişiklik etmişdik. Uşaqlar bir yerdə az oynayıblar deyə istədiyimiz alınmdadı. Futbolçulardan razı qaldım. “Zirəyə  uğurlar arzulayıram.

- Jezniçakın zədəsi nə qədər ciddidi?
- Sabah tam bilinəcək. Əzələsində dartınma var idi.

- 90-cı dəqiqəyə qədər real qol imkanınız olmadlı. Bu, nə ilə bağlıdı?
- Heyət baxımından ola bilər. Anlaşılmazlıq var idi. Komanda bir-birini tamamlaya bilmirdi. “Roma” ilə oyundan sonra az meydana çıxanları oynatdıq. Rəqib də müdafiədə çox diqqətli idi.

- Fasilə komandaya necə təsir edəcək?
- Əlimizdə 9-10 futbolçu qalacaq. Əksər oyunçular millilərə gedirlər. Bu vaxtlar daha çox bir yerdə olmaq lazımdı. Normal qarşılayırıq. İlk dəfə deyil ki, fasilə yaranır.

- Ötən mövsümlə müqayisə etsək, ilk dövrənin nəticəsini daha yaxşı görünür. “Qarabağ” çox güclənib, yoxsa rəqibləriniz zəifdi?
- Bu il heyətimiz daha genişdi. Keçən il iki məğlubiyyətimiz var idi. Bəlkə tam hazırlaşa bilməmişdik. Amma uduzduğumuz oyunlarda da zəif çıxış etməmişdik. Rıqiblərin zəiflədiyini ya da bizim güclü olduğumuzu demək olmaz.


oxunma sayı: 156 | Paylaş:




?>