')

Bu gün:


FutbolPress.Az | Ayxan Abbasov: "Sevinirik ki, dövrəni məğlubiyyətsiz başa vurduq"

Ayxan Abbasov: "Sevinirik ki, dövrəni məğlubiyyətsiz başa vurduq"


oxunma sayı: 141 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında VII turun “Qarabağ” – “Zirə” (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi:

- Bilirdik ki, çətin olacaq. Buna hazır idik. Sevindirici haldı ki, I dövrədə məğlub olmadıq. Səfərdə 1 xal normal nəticədi. Taktiki baxımdan futbolçular tapşırıqları yerinə yetirə bildilər. Yalnız son dəqiqədə müdafiə xətti səghvə yol verdi. Fasilədən yaxşı istifadə etməyə çalışacağıq. Çatışmazlıqlarımız çoxdu.

- 8 oyunda “Zirə” “Qarabağ”a qol vura bilmir. Bunun səbəbi nədi?
- Bunun əsas səbəbi “Qarabağ”dı.

- Belə görünür ki, avrokuboklarda oynamağınız komandaya yaxşı təsir edib...
- Əlbəttə, futbolçularımız daha inamlıdılar. Gənc komandayıq. Futbolçulara təcrübə lazımdı. Avropa Liqası yaxşı təcrübə oldu.


oxunma sayı: 141 | Paylaş:




?>