')

Bu gün:


FutbolPress.Az | Qapazaltı “İnter”

Qapazaltı “İnter”


oxunma sayı: 251 Paylaş:

FutbolPress“Neftçi” Topaz Premyer Liqasının VII turunda səfərdə “İnter”ə qalib gəlib – 2:0. Bu, “ağ-qaralar”ın mövsümdə ilk qələbəsi olub. Meydan sahibləri isə 3-cü məğlubiyyətə üzülüb.

Ümumiyyətlə, “İnter” getdikcə “Neftçi”nin qapazaltısına çevrilməkdədi. “Ağ-qaralar” ən zəif vaxtlarında belə bu rəqibinə qalib gəlməyi bacarır. Elə son 4 matçda “Neftçi”nin Zaur Svanadzenin komandasıbı məğlub etməsi də bunun göstəricisidi.

“İnter”in sonuncu dəfə “Neftçi”yə qalib gəlməsindən 1 ildən artıq keçib. Keçən il sentyabrın 18-də “İnter Arena”da keçirilən matçda meydan sahibləri 2:1 hesablı qələbəyə sevinmişdi.

Dünənki qələbə “Neftçi” üçün, həm də yubiley xarakteri daşıyıb. Bu, “ağ-qaralar”ın sabiq  ”bankirlər” üzərində 25-ci qalibiyyəti olub. Ünumi 52 matçın yalnız 13-də “İnter” qələbəyə sevinibsə, 14 görüşdə qalib müəyyənləşməyib. Top fərqində də “Neftçi” üstündü – 77:53.


oxunma sayı: 251 | Paylaş:




?>