')

Bu gün:


FutbolPress.Az | “Neftçi” antirekordun bir addımlığında dayandı

“Neftçi” antirekordun bir addımlığında dayandı


oxunma sayı: 160 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının VII turunda “İnter”ə (2:0) qalib gələn “Neftçi” uzunmüddətli qələbə həsrətinə son qoyub. “Ağ – qaralar” səfər matçında 3 xala sevinməklə Azərbaycan çempionatlarında tarixinin antirekordununun bir addımlığında dayanıb. Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektivi ən uzun qələbəsizlik seriyasından cəmi bir oyun ayırıb.

Buna qədər sonuncu dəfə keçən mövsüm artıq mövcud olmayan AZAL-a (4:0) qalib gəlməyi bacaran komanda ardıcıl 8 oyunda qələbə üzünə həsrət idi – 7 məğlubiyyət, 1 heç-heçə. Həmin müddət ərzində “Zirə” (0:3 (texniki) və 1:2) və “Qarabağ”a (1:2 və 1:3) iki dəfə, “Səbail” (0:1), “Sumqayıt” (0:1) və “Qəbələ”yə (1:2) hərəyə bir görüşdə uduzan Bakı klubu yalnız “Kəpəz”lə (0:0) oyunda xal qazana bilmişdi.

Klub tarixinin ən uzun qələbəsiz seriyası isə 2014/15 mövsümünün sonu və 2015/16 mövsümünün əvvəlini əhatə edib. “Neftçi” həmin zaman 9 ardıcıl görüşdə 3 xala həsrət qalıb – 5 məğlubiyyət, 4 heç-heçə.


oxunma sayı: 160 | Paylaş:




?>