')

Bu gün:


FutbolPress.Az | "Gəncəyə 1 xalla qayıda bilməzdik" - Şəhriyar Rəhimov

"Gəncəyə 1 xalla qayıda bilməzdik" - Şəhriyar Rəhimov


oxunma sayı: 197 Paylaş:

FutbolPress“Kəpəz”in kapitanı Şəhriyar Rəhimov Topaz Premyer Liqasının VII turunda səfərdə “Qəbələ”yə qalib gəldikləri (2:0) matçdan sonra jurnalistlərin suallarını cavablandırdı.

- Oyunla bağlı fikirlərin...
- Hansı səfərə gəldiyimizi bilirdik. “Qəbələ” çempionluğa oynayan komandadı. Amma bizim vəziyyətimiz yaxşı deyildi. Son oyunda “Səbail”ə də uduzmuşduq. Ona görə də uğurlu nəticə göstərib azarkeşlərimizi sevindirmək istəyirdik. Oyundan əvvəl bilirdik ki, “Neftçi” qələbə qazanıb. Ona görə uduzsaydıq, vəziyyətimiz tam bərbad olardı. Sevinirik ki, özümüzdə güc tapıb, çox vacib 3 xal qazandıq.

- “Səbail”lə matçda həddən artıq sönük görünən “Kəpəz” bu gün olduqca istəkli idi. Həmin oyunun bu görüşə təsiri oldumu?
- “Səbail”lə oyunda xal qazanacağımıza ümid edirdik. Çünki bizdən güclü komanda deyildi. Xal götümək, məğlub etmək olardı. İstəyirdik, qələbə qazanaq. Ancaq təəssüf ki, alınmadı. Həmin oyundan sonra komandada çox ruh düşkünlüyü yarandı. Şükür allaha, toparlana bildik. Oyundan əvvəl bir neçə dəfə iclas etdik. Məşqçilər motivasiyanı qaldırmaq üçün çox çalışdılar. Əlavə olaraq uşaqlarla yığışıb dedik ki, futbol oynamaq lazımdı, məğlub olsaq da, ürəyimizi qoymalıyıq meydançada. Bu gün, doğrudan da komanda hər top uğrunda sona qədər mübarizə apardı. Bəlkə də qələbənin ilk sirri axıra qədər vuruşmağımız oldu.

- Bu qələbənin gələcək oyunlara təsiri olacaqmı?
- Əlbəttə. Komanda məğlub olduqda buna öyrəşir və ardıcıl məğlubiyyətlərlə barışmağa başlayır. Bu 3 xal çox vacib idi bizim üçün. Gələcəkdə motivasiyamızın yüksək olmasında təsiri böyük olacaq. Ağır oyunlarımız var qabaqda. İnşallah, tezliklə Gəncəyə köçəcəyik, stadion hazır olmaq üzrədi. Biz Gəncəyə 1 xalla gedə bilməzdik. Ümidimiz budur ki, bundan sonra da xallarımızı toplayaq. “Kəpəz”in yeri sonuncu pillə deyil.

- Komanda Gəncədə oynamaq üçün darıxıb?
- Bəli. Təəssüflər olsun ki, avrokubok oyunları xaric bizdə stadiona azarkeşlər çox az gəlir. Amma Gəncə bu baxımdan hər yerdən fərqlənir. Bizim ordakı oyunlarımızda minimum 7-10 min azarkeş olur. Orda adam özünü futbolçu kimi hiss edir. Stadionun ot örtüyü yenilənib artıq. Gəncədə futbol üçün hər cür şərait olacaq. Səbrsizliklə orda ilk oyunu keçirməyimizi gözləyirik.


oxunma sayı: 197 | Paylaş:




?>