')

Bu gün:


FutbolPress.Az | "Rəqibi bütün oyun boyu təzyiqdə saxladıq" - Tərlan əhmədov

"Rəqibi bütün oyun boyu təzyiqdə saxladıq" - Tərlan əhmədov


oxunma sayı: 263 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında VIII turun “İnter” – “Neftçi” (0:2) oyunundan sonra təşkil olunan mətbuat konfransında kqonaq omandanın baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi:

- “Neftçi” sonuncu dəfə 6 ay əvvəl qələbə qazanmışdı. Bacardığımız qədər çatışmazlıqları aradan götürmüşük. Səhvləri minimuma endirmək istəyirdik. Əgər uzun yarışı udmaq istəyirsənsə, müdafiən güclü olmalıdı. Buna görə də ilk növbədə atrxa xətdəki problemləri aradan götürməyə çalışacağıq. Komanda yüksək səviyyədə oynadı. Rəqibi ilk dəqiqələrdən təzyiqdə saxladıq. Qol buraxmayıb qələbə qazandıqsa, bu, məni sevindirir. Komandaya təşəkkür edirəm.

- Emin Mahmudovun oyunu sizi qane etdi?
- Bütün komanda məni qane etdi. Emin hələlik öz formasında deyil. Gündən-günə komandaya uyğunlaşmağa çalışır. Bu proses onda bir az ləng gedir. Fasilə bizə də, ona da kömək edəcək.

- Matçın sonunda Kirilo Petrov topu qaldırıb başı ilə qaopıçıya ötürdü. Bu, oyunçunun futbol qaydalarını birləməsindən irəli gəlir?
- Qaydalar dəyişib. Hər mövsüm başlamamış yeni qaydaları uşaqlara başa salırdıq. İndi komandaya yeni gəlmişəm. Qısa müddətdə bununla məşğul olmamışam. Yeni qaydalara görə, futbolçunun belə davranışı həm sərbəst zərbədi, həm də sarı vərəqdə. Ola bilsin ki, Petrov qaydanı bilmir. Bir hakim dəvət edib yeni qaydaları futbolçulara çatdıracağıq.

- Müşahidə Şurasının sədri Çingiz Abdullayev və klubun prezidenti Orxan hüseynzadə stadionda idi. Matçdan sonra paltardəyişmə otağına gəlib komandanı təbrik etdilərmi?
- Orxan Hüseynzadə ilə Elnur Eyvazov orda idi. Başqa heç kimi görmədim.

- Fasiləni necə keçirəcəksiz? Ölkə xaricinə getməyi planlaşdırmırsız?
- Qırağa getməyəcəyik. Hər bir şəraitimiz var. Ölkə xaricinə getməyin mənası yoxdu. Ayın 7-də “Qəbələ” ilə yoldaşlıq oyunu keçirəcəyik. Bütün hazırlığımız Bakıda təşkil olunacaq.


oxunma sayı: 263 | Paylaş:




?>