')

Bu gün:


FutbolPress.Az | "Kəpəz" - "Qəbələ" oyununun yeri dəyişdirildi

"Kəpəz" - "Qəbələ" oyununun yeri dəyişdirildi


oxunma sayı: 152 Paylaş:

FutbolPress“Kəpəz” Peşəkar Futbol Liqasına müraciət edib.

Klub Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək 7-ci turda keçirilməli olan “Kəpəz” – “Qəbələ” matçının yerinin dəyişdirilməsini xahiş edib.

Yenidənqurma işlərini və “Qəbələ” klubunun razılıq məktubunu alan PFL aşağıdakı qərarları qəbul edib.

Topaz Premyer Liqasının 7-ci turunun “Kəpəz” – “Qəbələ” matçı 29 sentyabr 2017-ci tarixində Qəbələ şəhər stadionunda keçirilsin.

7-ci turda meydan sahibi “Qəbələ” klubu, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilsin. (PFL)


oxunma sayı: 152 | Paylaş:




?>