')

Bu gün:


FutbolPress.Az | Samir Əliyev: "Pis oynayıb qələbə qazanmaq da sərf edir"

Samir Əliyev: "Pis oynayıb qələbə qazanmaq da sərf edir"


oxunma sayı: 130 Paylaş:

FutbolPress“Çətin oyun oldu. “Kəpəz” üçün qələbə qazanmaq çox vacib idi. Amma biz də məğlub olmaq niyyətində deyildik”.

Bu sözləri “Səbail”in baş məşqçisi Samir Əliyev deyib.

Bayıl təmsilçisi Azərbaycan Premyer Liqasının VI turunda öz meydanında “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Qol vəziyyətlərimiz az olsa da, qələbə qolunu vurmağı bacardıq. Qələbə qazandığımız üçün çox şadıq”.

- Qalib gəlsəniz də, komandanız məzmunlu futbol sərgiləmədi. Bu fikirlə razısınız?
- Deməzdim ki, oyunumuzdan razıyam. Amma qələbə qazanmaq çox vacibdi. Bəzən pis oynayıb qələbə qazanmaq da bizə sərf edir.

- Rumıniyalı hücumçunun adı komandanızla birgə hallanır. Onun keçidi baş tutacaq?
- Artıq tibbi müayinədən keçib və müqavilə də imzalayıb. Çox güman ki, gələn oyunlarda bizimlə birgə olacaq. Hücumda rəqabəti artırmaq üçün onu komandamıza dəvət etmişik.

- 6 tur və iki qələbə. Nəticələrinizdən razısınız?
- Məncə, yeni yaranan komanda üçün yaxşı nəticədi. (Newsport.az)


oxunma sayı: 130 | Paylaş:




?>