')

Bu gün:


FutbolPress.Az | Səfir italyanlara "Qafqazın Xirosiması" və Allahverdi Bağırovdan danışdı

Səfir italyanlara "Qafqazın Xirosiması" və Allahverdi Bağırovdan danışdı


oxunma sayı: 280 Paylaş:

FutbolPressAzərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə "Gazzetta Gialorossa"ya açıqlama verib. O, "Qarabağ"la "Roma" arasında baş tutacaq Çempionlar Liqası qarşılaşmasından danışıb.

Səfir ÇL-in qrup mərhələsinin Azərbaycan üçün necə böyük uğur olduğunu belə şərh edib: "Bu, Azərbaycan tarixində bir ilkdi. "Qarabağ" belə uğura layiq idi və bütün ölkə onlara dəstək verdi. Biz bundan  məmnunuq. "Qarabağ"ın uğuru bütün ölkədə sevinclə qarşılandı".

Əhmədzadə "Qarabağ"ın öz təmsil etdiyi Ağdam şəhərində oynaya bilməməsi barədə məlumat verib: "1992/93-cü illərdə ermənilər 20 faiz torpaqlarımızı işğal etdilər. 25 ildir ki, torpaqlar onların nəzarətindədi. "Qarabağ" da ermənilərin zəbt etdiyi Ağdamı təmsil edir. Həmin şəhər düşmən ordusu tərəfindən tamamilə dağıdılıb. Ağdam "ruh şəhər" və ya "Qafqazın Xirosiması" adlandırılır. Müharibə dövründə bəzi futbolçular və məşqçilər şəhəri müdafiə etmək üçün komandanı tərk ediblər. Bunların arasında Milli Qəhrəman Allahverdi  Bağırov da var".

Sonda o, 27 sentyabrda baş tutacaq matçdan gözləntilərini açıqlayıb: "Azərbaycanda "Roma"nın əfsanəvi kapitanı Françesko Tottiyə böyük sevgi var. Hamı ölkədə "Roma"ya "Tottinin komandası" deyir. Mən 2006-cı ildə dünya çempionatında Avstraliyaya qarşı penalti qolunu xatırlayıram. Matça gəlincə, ümid edirəm ki, Bakıda gözəl oyun olacaq. Nəticənin necə olacağını isə zaman göstərəcək". 


oxunma sayı: 280 | Paylaş:





?>